Tanınmış yazıçı-yumorist Arkadi Arkanov vəfat edib.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, 82 yaşlı yazıçı Moskva xəstəxanalarının birində dünyadan köçüb.
Martın 14-dən onkoloji xəstəliyi səbəbindən sinəsində ağrılar başlayan A.Arkanov xəstəxanaya yerləşdirilib.
A.Arkanov 1933-cü il iyunun 7-də Kiyevdə doğulub. 20-dən çox kitabın, televiziya filmlərinin ssenari müəllifi olub. Onun pyesləri Moskva Satira Teatrında səhnəyə qoyulub. O, həmçinin bir neçə populyar televerilişin də aparıcısı olub.