Türkiyənin Antalya Böyükşəhər Bələdiyyə Teatrı yeni teatr mövsümünü azərbaycanlı rejissorun tamaşası ilə açacaq. Bu barədə Lent.az-a Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev məlumat verib. Onun sözlərinə əsasən, quruluşçu rejissoru olduğu “Gec qalanlar” tamasanın premyerası oktyabrın 31 və noyabrın 1-də olacaq.
Tamaşada teatrın istedadlı aktyorlarından Hasibe Özgür, Hüseyn Ataf, Sencan Köymen, Sərfinaz Özgür rol alıblar. Aktrisa və yazar Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırlanmış tamaşanın işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatçısı İhsan Kılavuz, rejissor assistenti Ruteba Tatlı olub.
Qeyd edək ki, bir bölümlü psixoloji dram insanların öz duyğularının gec başa düşmələri, “sevirəm” sözünü demək üçün gec qaldıqları haqqındadır.