86-cı Oskar təqdim edildi
03 mart 2014 11:40 (UTC +04:00)

86-cı Oskar təqdim edildi

Amerika Kino Sənəti və Elmləri Akademiyasının ənənəvi 86-cı Oskar mükafatlandırma mərasimi baş tutub. Lent. az -ın məlumatına görə, Los-Ancelesdə baş tutan mərasimdə Stiv Makkuinin “12 illik kökəlik” filmi 2013-cü ilin ən yaxşı kinosu seçilib.

Bundan başqa, “Amerika sayağı fırıldaq”, “Kapitan Fillips”, “Nebraska”, “Fikomena”, “Qravitasiya”, “Uoll-strit qurdu”, “O”, və “Dallas alıcılar klubu” filmləri də Oskar nominasiyası üzrə mükafat alıblar.

“Qravitasiya” filmi 7 nominasiya üzrə qalib olub. Belə ki, ən yaxşı rejissor işi üzrə Alfonso Kuaron, ən yaxşı operator işi üzrə Emmanuel Lyubeçki mükafatlandırılıb.

Ən yaxşı animasiya filmi üzrə Oskarı “Disney” studiyasının çəkdiyi “Soyuq ürəklər” adlı filmi, xarici dildə ən yaxşı film mükafatını isə rejissor Paolo Sorrentinonun çəkdiyi “Böyük gözəlliyi” filmi alıb.

Ən yaxşı sənədli film üzrə Oskar mükafatı “Ulduz olmaq üçün 20 addım” adlı filminə verilib. Ən yaxşı aktyor işinə görə Oskar mükafatlarını Mettyu Makkonaxi və Cared letoya (“Dallasın alıcı klubu”), Keyt Blanşett (“Jasmin”) alıb. Həmçinin, “O” filiminin ssenari müəllifi Spayk Conz ən yaxşı ssenari üzrə Oskar mükafatı ilə təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 982
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar