Mədəniyyət və turizm naziri Əbulfəs Qarayev Dövlət Musiqili Teatrının aktrisası Nadejda Povelisinanın 60 yaşı tamam olması münasibəti ilə mükafatlandırıb. Teatrdan Lent. az-a verilən məlumata görə, mükafat aktrisaya teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə verilib.
Qeyd edək ki, N. Povelisina 1976-cı ildən etibarən Dövlət Musiqili Teatrında işləyir. 40 illik səhnə təcrübəsi olan aktrisa Minskdə keçirilən III Beynəlxalq festivalda teatrımızı təmsil edib və Minsk Operetta Teatrında çıxış edib. 30 ildir ki, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir. 2013-cü ildə sözügedən nazirliyin «Fəxri mədəniyyət işçisi» döş nişanı ilə təltif olunub.