Aprelin 17-də Azərbaycan Xalça Muzeyinin qarşısında I Avropa Oyunlarının təbliği məqsədilə xüsusi fləşmob keçiriləcək. Lent.az-ın məlumatına görə, daha sonra muzeydə “Milli İrs Mükafatı” laureatlarının mükafatlanma mərasimi olacaq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə keçiriləcək tədbirdə “Şəki-məftun edən şəhər” kitabının təqdimatı da keçiriləcək.
Tədbirdə “Milli İrs” mükafatının qalibləri 3 nominasiyada, Mədəniyyət və Turizm Nazirliyinə tabe təşkilatların 5 əməkdaşı isə xidmətdə fərqləndiklərinə görə mükafatlandırılacaq.
Tədbirin ən yadda qalan hadisəsi xalça stereotiplərini qıran rəssam Faiq Əhmədin sərgisinin təqdimatı olacaq. Sərgidə rəssamın yeni üsulla hazırlanan və ənənəvi xalçalardan tamamilə fərqlənən işləri nümayiş olunacaq.
Qeyd edək ki, ənənəvi xalça dilini universal incəsənət dilinə çevirən rəssam Faiq Əhmədin Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Almaniya, İtaliya, Amerika, Rusiya və Hindistanda sərgiləri keçirilib.

I Avropa Oyunlarının təbliği məqsədilə fləşmob keçiriləcək
0
0
0
0