Xan qızı sadə bir müəllimi fars şahzadəsindən  üstün tutdu
27 yanvar 2023 15:50 (UTC +04:00)

Xan qızı sadə bir müəllimi fars şahzadəsindən üstün tutdu

Yanvarın 26-da  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanmış tamaşa təqdim olundu.

Lent.az-ın xəbərinə görə, dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azərpaşa Nemətov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Xurşidbanu Natəvan rolunu Xalq artistləri Məleykə Əsədova ifa edir. Tamaşada Kazım Abdullayev (Canişin), əməkdar artist Anar Heybətov (Knyaz Xasay), əməkdar artist Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyor Elçin Əfəndi (Hidayət xan), xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah) və digər aktyorlar rol alıblar.

Onu qeyd edək ki, rejissorun fərqli yanaşma və baxış sərgilədiyi bu əsərdə Natəvanın şəxsi həyatından çox, ictimai xadim və şairə kimi rolu qabardılıb. Natəvanı Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın taleyi daha çox narahat edir və bu özünü onun şəxsi həyatında da göstərir, Xan qızının şəxsi faciəsinə çevrilir. 200 il keçsə də, problem dəyişməyib, yenə cənub həsrətimiz var, yenə cənub qonşumuzun ölkəmizə qarşı məkrli planları davam edir. Tamaşada önə çıxarılan əsas fikir də məhz bu idi.

Natəvan xalqına o qədər bağlıdır ki, şəxsi həyatını bu uğurda qurban verir, özünü arxa plana atır. Tamaşada Natəvanın bütün həyatı əks etdirilməyib, biz onu ana kimi görə bilmirik, hətta birinci əri Knyaz Xasay bəyə olan həsrətini, sevgisini də demək olar ki, bir neçə epizodda müşahidə edirik. Lakin aktrisa bu duyğuları çox inandırıcı təqdim etməyi bacarır. Bu quruluşda Natəvan İran şahzadəsinə qəzəbi, nifrəti ilə yadda qalır, azadlıq ideyaları ilə hər nə qədər acı çəksə də başını dik tutur. Kiçik bir xanlığın varisi olan, ətrafını onlarla düşmən sarmış Natəvan bu tamaşa əslində elə indiki Azərbaycandır. O hər nə qədər təzyiqlərə məruz qalsa da, gücünü itirmir, başını dik tutur, mövqeyini ortaya qoyur, qətiyyəti ilə ən güclü düşməni belə geri addım atmağa vadar edir. 

Cənubi Azərbaycanda yaşayan qardaşlarımızın taleyi Natəvanı düşündürən əsas məsələdir. Məhz buna görə, Natəvan qapısını açmış İran şahzadəsini böyük nifrət və qəzəblə qarşılayır, onun göndərdiyi elçini isə az qala döyərək qapısından qovur. Bir şahzadəyə evlənməkdənsə Cənubi Azərbaycandan gəlmiş kasıb, amma dürüst  bir müəllimlə evlənməyi üstün tutur. İran Şahzadəsinin dilindən eşitdiklərimiz isə 200 il ərzində dəyişməyən kibrli, işğalçı siyasətin tam da özüdür.

Yeni quruluşda təqdim olunan tamaşa əslində Azərbaycan - İran münasibətlərinə sözardı idi. Sonda nə vardı? Sonda güclənmiş Azərbaycan, daha gözəl gələcəyə ümid və birləşmək arzusu, biz “o taylı bu taylı bütöv Azərbaycan xalqıyıq” ideyası vardı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2267

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21