Mərkəzi Klinik Xəstəxanada müalicə olunan Arif Babayev bu gün evə buraxılıb.
Bu barədə Lent.az-a Xalq artistinin oğlu məlumat verib.
O, atasının səhhətinin hazırda yaxşı olduğunu deyib.
Qeyd edək ki, bir müddət öncə xanəndə səhhətində yaranan problemlərə görə, xəstəxanaya yerləşdirilmişdi.