Azərbaycanın Xalq artisti, tanınmış aktyor Hacı İsmayılov bağ evini satışa çıxarıb.
Lent.az xəbər verir ki, Xalq artisti bu barədə satış və elan səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, Buzovna qəbəsində yerləşən bağ evini ötən ilin əvvəllərində həyat yoldaşının arzusu ilə alıb. Lakin sonradan həyat yoldaşı dizindən əməliyyat olunub və yerimə qabiliyyətini itirib. Bu səbəbdən də onlar üçün bu bağa gəlib-getmək çətinləşib və bağ evini satmağa qərar verib.
Qeyd edək ki, Xalq artisti bağ evini 80 min manata satışa çıxarıb.