Vladimir Vısotski
05 fevral 2021 19:07 (UTC +04:00)

Vladimir Vısotski

Vladimir Vısotskinin sevgilisi öldü

Vladimir Vısotskinin sevgilisi, sovet aktrisası Tatyana İvanenko Moskvada vəfat edib. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 79 yaşlı qadının ölüm səbəbi açıqlanmır. 

Aktrisanın 2018-ci ildə ayaqları tutulduğundan nadir hallarda evdən çıxırmış. Onun jurnalistlərlə ünsiyyətdən boyun qaçırdığı bildirilir. 
Tatyana İvanenko 1941-ci ildə anadan olub. Məlumata görə, İvanenko və Vısotski 1960-cı illərin ortalarından gələcək səhnə tərəfdaşları kimi görüşməyə başlayıblar. 

Onlar birlikdə yaşamasalar da, birgə qastrollara və kino ekspedisiyalarına gediblər. Müğənni qadına çox sayda mahnə həsr edib. Onların romantik sevgi romanı 1970-cı illərin ortalarına qədər davam edib. 

Aktrisanın Vısotskidən Anastasiya adında qızı doğulub. Ancaq Vısotski bunu boynuna almayıb. 

# 3216
avatar

Oxşar yazılar