Tünzalənin dərdi bizi qıracaq - Replika
14 noyabr 2023 10:06 (UTC +04:00)

Tünzalənin dərdi bizi qıracaq - Replika

Neçə gündür sosial şəbəkələrdə Xalq artisti Tünzalə Ağayevanın transparan geyimləri müzakirə olunur.

Düzdür, Tünzalə Ağayeva yaşa dolduqca gözəlləşməyi və açılıb-saçılması ilə hamını şok edir, bu ayrı məsələ. Amma məni elə bu “hamının” məhz Tünzalə  xanıma olan münasibəti heyrətləndirir.
 Onun şəkillərini görənlər demək olar ki, eyni şərhi bildirilər. “Sən başıbağlı idin, niyə belə elədin?”. "Xalq artistinin libasına bax". Xalq sözünü qabardanlar, o kəlmənin yanındakı artist sözünü görməzdən gəlirlər. O sadəcə artistdir, səhnə adamıdır.

 Anlamaq istəmirlər ki, Tünzalə Ağayeva hicab geyinmirdi, stil olaraq bir müddət efirlərə başında bandana ilə çıxırdı. Başı örpəkli qız imici ilə özünü tanıtdıqdan sonra səhnəyə daha cəsur libaslarla çıxmağa başladı.  Xalq artistinin baş örtüsünü milli örpəyimizlə qarışıq salıb,  öncə  namus mücəssiməsi, imicini dəyişdikdən sonra əxlaqsız qadın kimi görməyin özü yanlışdır.

O molla deyildi,  müğənniydi. Dəyişirmi? Bəli dəyişib. Çox dəyişib.  Amma kim dəyişmir ki? Baxır hansı istiqamətdə dəyişikliyə uğrayrsan. O da digər həmkarları kimi imicini, libaslarını dövrün tələblərinə uyğun olaraq dəyişir, elə bu dəyişimin özü və onun müzakirəsi belə müğənninin reklamı rolunu oynayır. 

Tünzalə xanımın yarıçılpaq geyimlərini tənqid və ya tərif etmək fikrində deyiləm.

Dərd budur ki, cəmiyyətimiz  göz önündə gördüyü hər adama müəyyən məsuliyyət yükləyir, onu öz xəyalında görmək istədiyi kimi görür, reallıqla qarşılaşanda da məyus olur. Hər qəhrəman sandığımız qəhrəman deyil, hər müqəddəs saydığımız müqəddəs, hər məsum bildiyimiz də məsum.

Sözün düzünü də deyəndə az qalırlar basıb gözünü çıxaralar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20934

Oxşar yazılar