Kanada gələn il tarixində ilk dəfə "Avroviziya" Mahnı Müsabiqəsində iştirak edə bilər.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin tamhüquqlu milli yayımçısı seçilən CBC/Radio-Canada Avropa Yayım Birliyi Kanadanın müsabiqəyə qoşulması üçün yeni imkanlar yaradır.
Hazırda 2027-ci ildə debütlə bağlı rəsmi qərar verilməsə də, ölkənin "Avroviziya"ya qatılması ehtimalı yüksək qiymətləndirilir.
CBC/Radio-Canada 1950-ci ildən EBU-nun assosiativ üzvü idi. İyunun 25-də Praqada keçirilən EBU-nun 96-cı Baş Assambleyasında səsvermə nəticəsində yayımçı tamhüquqlu üzv statusu qazanıb. Bununla da Kanada təşkilatın xəbər mübadiləsi, faktların yoxlanılması, araşdırma jurnalistikası və digər əməkdaşlıq platformalarından tam şəkildə yararlanmaq hüququ əldə edib.
Tamhüquqlu üzvlük Kanadanın avtomatik olaraq "Avroviziya"da iştirak edəcəyi anlamına gəlmir. Bununla belə, bu status ölkənin gələcəkdə müsabiqəyə qatılması üçün mühüm hüquqi və təşkilati maneələri aradan qaldırır. Rəsmi müraciət və EBU-nun yekun qərarı olacağı təqdirdə Kanada 2027-ci ildə Avroviziyada debüt edə bilər.
Qeyd edək ki, Avropada yerləşməyən ölkələrin "Avroviziya"da iştirakı ilk dəfə olmayacaq. 2015-ci ildən etibarən Avstraliya da EBU-nun dəstəyi ilə müsabiqədə müntəzəm iştirak edir.