Sergey Romanoviç əməliyyatdan sonra
03 mart 2021 12:21 (UTC +04:00)

Sergey Romanoviç əməliyyatdan sonra

Tanınmış rus aktyoru niyə müsəlman oldu?

Rusiyanın tanınmış aktyoru Sergey Romanoviç müsəlmanlığı qəbul edib.

Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, əslində bu hadisə onun 20 yaşında baş verib.

Aktyor geniş tamaşaçı kütləsinə “Ekipaj”, “Çernobıl” filmlərindən yaxşı tanışdır. Hələ yeniyetməlikdən kino aləminə “Laskovıy may “ filmində oynadığı Yura Şatunov obrazı ilə  daxil olub və dərhal tanınıb, sevilib.  

Aktyor 1992-ci ildə Tomskda doğulub. Ailəsində yaradıcılıqla məşğul olan adam yoxdur. Atası istehsalatda çalışırdı, anası psixoloqdur. Sergey çox sərbəst böyüyüb və uşaqlıqda çox sahələrdə özünü sınayıb  - karate, musiqi, şən və hazırcavablar klubu. Aktyor olmaq istədiyini deyəndə də heç kim təəccüblənməyib.

20 yaşında artıq tanınmış aktyor bir gün evə "müsəlmanlığı qəbul etdim" xəbəri ilə gəlib. Anası, qardaşı xəbəri çox ağır qarşılayıblar. Anası onu "Rusiyaya xain çıxmısan" deyə ittiham da edib. Aktyorsa anasına "Rus olmaq hökmən xristian olmaq demək deyil. O halda sən də əcdadlarımızın dini inancına qarşı çıxmısan xristian olmaqla", - deyə cavab verib.

Aktyor etiraf edib ki, onun İslam dinini qəbul etməsinə Şamil adlı müsəlman dostunun təsiri olub. Sergey Romanoviç dəlillərinin inandırıcı olması üçün “Quran”ı da oxuyub. Hər 5-ci gün iki saat namaz qılır.

Müsəlman olması ona asan başa gəlmir. Aktyorluq karyerasında hətta mane olur – yataq səhnələrinə çəkilmir, filmdə öpüşmür.

İndi aktyorun 25 yaşı var. Aleksandra Qolovkina adlı qızla evlənsə də, evliliyi uzun sürməyib, amma qızı müsəlman edə bilib. Nikah kəsdiriblər, qız hicaba keçib.

Sergeyin ailə həyatına hazır olmadığı etirafından sonra boşanıblar, amma qız müsəlmanlıqda qalıb. Həm də Rusiyada sosial şəbəkələrdə ən populyar müsəlman qadındır. Hətta öz biznesini müsəlman qadınları üçün geyim və aksesuar mağazası açmaqla  qurub.

Sergey Romanoviçin isə indi həyatının qadını başqasıdır, amma müsəlmanlığa xas xüsusiyyətlə bu barədə açıqlama vermir.

Aktyor bu günlərdə sifətində saqqal əkdirib ki, daha çox müsəlman kişilərə bənzəsin: “Əslində uşaqlıqdan saqqal arzulamışam, dedilər daha çox qırxsan saqqalın çıxar, çıxmadı. Mən də ağrılı da olsa əməliyyata qərar verdim. Saqqal kişinin yaraşığıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5913

Oxşar yazılar

Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29