Smayliklərin TARİXÇƏSİ   - XVIII əsrdə Türkiyədə yaranıbmış
21 sentyabr 2023 14:06 (UTC +04:00)

Smayliklərin TARİXÇƏSİ - XVIII əsrdə Türkiyədə yaranıbmış

Sentyabrın 19-da smayliklərin “doğum günü” hesab olunur.

İnternet üzərindən yazışmalarımızda çox istifadə etdiyimiz smayliklər necə yaranıb?  Lent.az bu işarələrin necə yaranması barədə məlumatı diqqətinizə çatdırır.

İlk smaylik işarəsinə XVIII əsrə aid bir dulusçuluq məmulatının üzərində rast gəlinib. Türkiyədə hazırlanmış qədimi gil şərab kuzəsinin üzərində gülümsəyən üz şəkli var.

Yazıçı Vladimir Nobakov hələ sovet dönəmində təbəssüm işarəsi olaraq mötərizə işarəsini işlətməyi təklif eləsə də, bu ideya olaraq qalmışdı.

1963-cü ildə amerikalı kommersiya rəssamı Harvi Oll ilk sarı gülümsəyən smayliki yaratdı. O, bu smayliki müxtəlif reklam məhsullarının üzərinə yapışdırmaq üçün çəkmişdi. Tezliklə gülümsəyən üz təsviri ilə nişanlar, maqnit bəzək aksessuarlar dəbə düşdü. Rəssam bu sadə əl işinin belə uğur qazanacağını gözləmirdi. O, təcili müəlliflik hüququnu elan etdi və patentdən milyonlar qazandı.

Bu sarı işarə ABŞ prezidenti Niksonun hakimiyyətini ironik şəkildə əks etdirmək üçün də istifadə olunub.

Rəqəmsal smayliklərin müəllifi isə ABŞ Karneqi Mellon Universitetinin professoru Skott Falmandır.

O, 1982-ci ildə ən sadə kompüterlər vasitəsilə dostları ilə yazışmalar zamanı yumoristik ifadələrin itdiyini, zarafatların yanlış anlaşıldığını görüb belə bir ideya irəli sürdü. İlk dəfə smayliklər 1982-ci ilin 19 sentyabrında tətbiq olundu.

İlk smaylik sadəcə gülümsəmə işarəsini əks etdirirdi.

Əvvəlcə elektron məktublarda istifadə olunan emojilər, sonra bütün dünyaya yayıldı.

1999-cu ildə yaponlar ilk emoji dəstlərini hazırladılar. Burda həyatın bütün sahələrinə və bütün duyğulara dair işarələr var idi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11486

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21