Serial ulduzu çayda boğuldu
28 iyun 2022 13:49 (UTC +04:00)

Serial ulduzu çayda boğuldu

Məşhur “Sümüklər” və “Təcili yardım” seriallarının ulduzu Meri Mara çayda boğularaq ölüb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 62 yaşlı aktrisanın cansız bədənini iyunun 26-da Nyu-Yorkdakı Sent Lourens çayında polis tapıb. 

İlkin məlumata görə, Mara çaya üzmək üçün gedib. Onun öldürülməsinə dair hələlik heç bir əlamət aşkar edilməyib. 

Faktla bağlı araşdırmalar davam edir. 

Qeyd edək ki, Meri Mara “Qanqster Peterburq” və “Ölümçü qüvvə” seriallarındakı epizodik rolları ilə də tanınır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2448
avatar

Sevinc Fərid

Oxşar yazılar