Şekspirin kəllə sümüyü  məzarından niyə oğurlanıb? - SƏBƏBLƏR
09 sentyabr 2025 11:09 (UTC +04:00)

Şekspirin kəllə sümüyü məzarından niyə oğurlanıb? - SƏBƏBLƏR

0

Arxeoloqlar hesab edirlər ki, məşhur dramaturq Uilyam Şekspirin kəllə sümüyü onun qəbrindən oğurlanıb, baxmayaraq ki, məzar daşında yazılmış “lənət” belə bir addımdan çəkindirməli idi.

Uilyam Şekspir – tarixdəki ən tanınmış dramaturqlardan biri – 1616-cı ildə Stratford-apon-Eyvonda Müqəddəs Üçlük kilsəsində dəfn olunub. Onun məzar daşında sümüklərinin köçürülməsini yasaqlayan bir “lənət şeiri” həkk olunub. Lakin son araşdırmalar göstərir ki, bu lənət, çox güman, məzar qarətçilərini qorxutmayıb.

Bu barədə Lent.az xarici mənbəyə istinadən məlumat verir.

Məzar daşındakı yazı bu günədək yaxşı qorunub saxlanılıb:

”Əziz dost, İsanın xatirinə saxla özünü, burada möhürlənmiş torpağı qazma. Bu daşlara toxunmayan xeyir-dua qazanar, sümüklərimi narahat edən isə lənətə gələr”.

Arxeoloqların sirli kəşfi

2016-cı ildə Staffordşir Universitetindən arxeoloqlar Şekspirin qəbrini georadar vasitəsilə skan ediblər və müdaxiləyə işarə edən əlamətlər aşkar ediblər. Uzun müddət hesab olunurdu ki, Şekspir və onun həyat yoldaşı Enn Heteuey böyük bir yeraltı sərdabədə dəfn olunublar. Lakin araşdırmalar göstərib ki, onların qəbirləri daha dayazdır.

Araşdırmaya rəhbərlik edən arxeoloq Kevin Kollz bildirib ki, onlar Şekspirin baş tərəfinin yerləşməli olduğu hissədə qəribə bir şey müşahidə ediblər:

”Biz çox qəribə, adi olmayan bir şeylə rastlaşdıq. Topladığımız bütün məlumatlarda çox aydın görünürdü ki, məhz o yerdə başqa cür bir şey baş verib. Biz belə qənaətə gəldik ki, bu, müdaxilənin əlamətidir – yəni material qazılıb və sonra yenidən doldurulub”, – deyə Kollz vurğulayıb.

Arxeoloqun sözlərinə görə, onlar qəbrin baş tərəfində “çox qəribə bir kərpic konstruksiyası” da tapıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 620

Oxşar yazılar