Şekspir  haqqında məktub tapıldı: yeni FAKTLAR...
28 aprel 2025 10:56 (UTC +04:00)

Şekspir haqqında məktub tapıldı: yeni FAKTLAR...

Böyük Britaniyada edilən gözlənilməz bir kəşf  Uilyam Şekspirin şəxsi həyatına yeni işıq salıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Herford Kilsə Kitabxanasında tapılan XVII əsrə aid məktub fraqmenti, dahi dramaturqun Enn Hetuey ilə evliliyi haqqında köklü təsəvvürləri dəyişə bilər.

Fraqment hələ 1978-ci ildə aşkar olunub, lakin yalnız son zamanlar Bristols Universitetinin professoru Metyu Steql onu tam deşifrə edə bilib. Alimin fikrincə, məktub məhz Uilyam Şekspirin həyat yoldaşı Enn Şekspirə ünvanlanıb.

Sənəddə Enn Şekspirdən ərinin bir yetim üçün anasının xahişi ilə saxladığı pulları geri qaytarmaq istənilir. Məktubda cütlüyün yeni ünvanı - Londonda Triniti Leyn küçəsi də qeyd olunub.

Bu fakt böyük sürpriz olub, çünki uzun müddət Enn Hetueyin bütün həyatını Stratford-upon-Avondakı kənd evində keçirdiyi hesab olunurdu. Məktub isə onun əri ilə birlikdə Londonda yaşayıb və maliyyə məsələlərini birgə idarə etdiklərini göstərir.

Məktub müəllifi "Xanım Şekspir"ə müraciət edərək onun maliyyə vəsaitlərinə çıxışının və ərinə təsir imkanlarının olduğunu vurğulayır, amma xahiş edir ki, şəxsi işlərinə qarışmasın - bu isə Enn Hetueyin müstəqil və aktiv həyat mövqeyinə işarə edir.

Məktub Alman ilahiyyatçısı İohann Piskatorun 1608-ci ildə Richard Field tərəfindən nəşr olunmuş "Bibliya mətnlərinin təhlili" kitabının cildində qorunub saxlanılıb. Qeyd edək ki, Richard Field Stratforddan Şekspirin qonşusu olub və onun əsərlərinin ilk nəşrini çap edib.

Daha əvvəl isə Uilyam Şekspirin ilk çap olunmuş pyes toplusu olan "Birinci Folio" əsərinin orijinal nüsxəsinin Nyu-Yorkdakı “Christie's” hərracında rekord məbləğə satıldığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

8 iyun 2025 , 23:52
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07