Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 21:18 (UTC +04:00)

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Şəki şəhər 8 saylı orta məktəbin 7-ci sinif şagirdi Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “World Talent Award” beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə yüksək nəticə göstərərək, birinci yerə layiq görülüb.

Lent.az-ın xəbərinə görə, Ayan Əhmədzadə həm də Şəki şəhər 3 saylı Uşaq İncəsənət Məktəbində fortepiano ixtisası üzrə musiqi təhsili alır.

Qeyd edək ki,  Ayan Əhmədzadə hələ 8 yaşı olanda Rusiya və Qafqaz üzrə keçirilən beynəlxaq yarışmada da birinci yerə layiq görülüb.



 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4342

Oxşar yazılar