Səbr haqqında 18 aforizm
22 oktyabr 2024 14:34 (UTC +04:00)

Səbr haqqında 18 aforizm

Lent.az müdriklərin səbr haqqında dediyi maraqlı aforizmləri təqdim edir. Onların içərisindən 18 ən yaxşısını seçməyi sizin öhdənizə buraxırıq.

Səbr – üzünü turşutmadan ağrı-acını qurtum-qurtum içməkdir. -Cüneyd Bağdadi (İraq alimi və mütəfəkkiri)

Əsl hünər bolluq içində səbr etməkdir. – Muhammad Qəzzali (islam alimi və mütəfəkkiri)

Səbr acı olsa da, meyvəsi şirindir. Səbr ümid etmək sənətidir. – Aristotel (qədim yunan filosofu)

Səbr insana əvvəlcə zəhər kimi görünür, lakin buna öyrəşəndən sonra bal olur. – Lyuk de Klapye Vovenarq (fransız yazıçısı)

Səbri olmayanlar nə qədər də yoxsuldurlar. – Uilyam Şekspir (ingilis şairi və dramaturqu)

Səbr ümidin təməli, ümid isə xoşbəxtliyin açarıdır. – Tomas Karleyl (ingilis tarixçisi)

Ey iman edənlər! Səbr və dua ila (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur). – Qurani-Kərim

Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən möminlərin qəlbinə salacaqdır). – Qurani-Kərim

Siz xoşunuza gəlməyənə səbr etməsəniz, sevdiyinizə çatmayacaqsınız. – Həzrəti İsa (aleyhissalam peyğəmbər)

Səbr etməklə kişi zindandan çıxar,

Səbr ilə açılar bağlı qapılar. – Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Səbr ağılın xəzinəsidir. – Zeynalabdin Şirvani
(Azərbaycan coğrafiyaşünası və səyyahı)

Çıxacağım yerə səbri nərdivan edirəm. – Cəlaləddin Rumi (türk şairi və mütəfəkkiri)

Səbirli olmağı bacaran gec-tez öz istəyinə catacaq. – Onore de Balzak
fransız yazıçısı

Təmkin sayəsində ən yüksək məqama çatmaq mümkündür. – Frensis Bekon (ingilis alimi va humanisti)

Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbr etməsi də onun gözəl ətirli olmasına səbəb olur. – Cəlaləddin Rumi (türk mütəfəkkiri və şairi)

Kədərin ən yaxşı dərmanı səbrdir. Ona görə də mən həmişə səbr köynəyini geyirəm. – Lüdviq van Bethoven (alman bəstəkarı)

Səbri, hövsələni unudan insan,

Ağıldan, şüurdan açmasın dastan.
– Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Uzun müddət hökm sürmək istəyirsənsə, səbirli ol. – Samuel Conson (ingilis şairi va tanqidçisi

Hər bir müdrikliyin əsası səbrdir. – Platon (qədim yunan filosofu)

Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir. – Demokrit (qədim yunan filosofu)

Uğurun sirri səbirli olmaqdır. – Bencamin Dizraeli (ingilis yazıçısı və ictimai-siyasi xadimi)

Ən qorxulu qəzəb səbirli adamın qəzəbidir. – Con Drayden (ingilis şairi va dramaturqu)

Uğurumun iki səbəbi var: səbr və ümid.

Dözüm gücün, tərslik isə zəifliyin övladıdır. – Aleksandr Düma (fransız yazıçısı)

Səbr ən zəiflərin və ən güclülərin silahıdır. – Mariya fon Ebner-Eşenbax (Avstriya yazıçısı)

Xoşbəxt ola bilmək üçün istədiyimizə nail olmalıyıq, istədiyimizə nail olmaq üçünsə səbirli olmalıyıq. – Henrik Ibsen (Norveç dramaturqu)

Özümüzün və başqalarının səhvlərini qəbul edib, bunlara səbrlə dözməliyik. – Həzrəti İsa aleyhissalam peyğəmbər

Səbr zəifliyin dayağı, səbirsizlik gücün məhvidir. – Çarlz Kaleb Kolton (ingilis ədəbiyyatşünası)

Vaxt da müəllim kimidir: problemləri səbirlə, tədricən yoluna qoyur. – Ezra Kornel (Amerika biznesmeni)

Ehtiraslarını cilovlamağı bacaran adam şəhərləri fəth edən sərkərdədən güclüdür. – Ernest Heminquey (Amerika yazıçısı)

İnsan öz səbr vədözümüylə tauna da qalib gələ bilər. – Napoleon Bonapart (Fransanın dövlət xadimi, imperatoru və sərkərdəsi)

İradəli və səbirli insan məğlub olmaz. – Moris Meterlink (Belçika şairi va dramaturqu)

Çox səbr lazımdır ki, səbirli olmağı öyrənəsən. – Yakob Mixael Reynqold Lents (alman şairi)

Gözləməyi bacaran çox şeyə nail olar. – Henri Uodsuort Longfello (Amerika şairi)

Tələskənlik kədərin, səbr isə sevincin açarıdır. – Fars atalar sözü

Səbrini basa bilməyəndən müdrik olmaz. – Yapon atalar sözü

Həqiqəti sev, amma yanlışlıqlara qarşı da səbirli ol. – Mari Fransua Arue Volter (fransız filosofu və yazıçısı)

Hər söz üçün doğruluq, hər doğruluq üçün iş, hər iş üçün də səbr lazımdır. – Çin atalar sözü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2787
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar