Musiqili Teatr şəhid olmuş əməkdaşına film həsr edib  - “İşıq adam”
26 dekabr 2020 10:21 (UTC +04:00)

Musiqili Teatr şəhid olmuş əməkdaşına film həsr edib - “İşıq adam”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Vətən Müharibəsində şəhid olmuş teatrın işıqçısı Əliağa Məmmədova və döyüşlərdə iştirak etmiş digər əməkdaşlarına həsr olunmuş "Döyüşən teatr" ("İşıq adam") sənədli filmini tamaşaçılara təqdim edib.

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sənədli filmin ssenari müəllifi və quruluşçu rejissoru Akademik Musiqili Teatrının rejissoru Samir Qulamovdur.

Filmin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlqismət Lalayev, quruluşçu operator və montajçısı Hikmət Şahverdizadədir.

Filmdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Dövlət Televiziyasının, Strateji Kommunikasiyalar Mərkəzinin videokadrlarından, həmçinin görkəmli bəstəkarların, musiqiçilərin – Fikrət Əmirov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə, Eldar Mansurov, Emin Sabitoğlu, Ədalət Vəzirov, Əlixan Səmədov, Əli Əliyevin əsərlərindən, həmçinin "Millətəm" (Elçin Cəfərov, Sabir Rüstəmxanlı) mahnısından istifadə edilib.

# 2817
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar