Məşhurlardan GÜLMƏCƏLƏR  - Lütfəli Abdullayevə görə kənd camaatı niyə hədələnmişdi?
01 iyun 2022 14:00 (UTC +04:00)

Məşhurlardan GÜLMƏCƏLƏR - Lütfəli Abdullayevə görə kənd camaatı niyə hədələnmişdi?

Lent.az-n "Məşhurlardan gülməcələr" layihəsində növbəti yazımızı təqdim edirik.
Bu rubrikamızda Azərbaycanın tanınmış simalarının başına gələn məzəli hadisələr, onların dilindən səslənmiş maraqlı ifadələr, olaylar barədə danışacağıq. Axı heç bir lətifə boşuna yaranmayıb. Gəlin, birlikdə eşidək, birlikdə gülək.

Xalq artisti Lütfəli Abdullayev rayonlardan birinə qastrola gedir. Kənd zəhmətkeşləri qarşısında çıxış etməli olur. Getdiyi bütün yerlərdə səhnəyə hər çıxışı gurultulu alqışlarla qarşılanan aktyoru getdiyi kolxozun mədəniyyət evində insanlar sükutla qarşılayırlar. Aktyor təəccüblənsə də, tamaşalardan səhnəciklər göstərir, ən gülməli komediyalardan parçalar ifa edir. Di gəl nə gülən olur, nə də alqışlayan. Tamaşa başa çatır. Hər kəs dağılışır. Lütfəli Abdullayev kolxoz sədrinə yaxınlaşıb soruşur ki, yoldaş sədr, bu camaat niyə mənə gülmədi axı?
Kolxoz sədri  həm heyrətlə həm də şəstlə cavab verir.
“Bu böyüklükdə aktyor Bakıdan durub bizim kolxoza qonaq gəlib. Kimin hünəri nəydi ona gülsün. Qələt eləyib güləllər. Əvvəldən tapşırmışdım, hədələmişdim, vallah gülənin ağzını cırardım".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5127
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar