Məşhur yazıçıya uşaq pornoqrafiyası  yaymaq İTTİHAMI
14 yanvar 2026 17:49 (UTC +04:00)

Məşhur yazıçıya uşaq pornoqrafiyası yaymaq İTTİHAMI

0

Məşhur avstraliyalı yazıçı Kreyq Silvi uşaq pornoqrafiyasını saxlamaq və yaymaq ittihamı ilə həbs edilib.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, 43 yaşlı müəllif uşaqların istismarı ilə bağlı cinayətlər törətmiş şəxslərlə ünsiyyətdə olmaqda ittiham olunur.

Prokurorların iddiasına görə, Silvi uşaqlara qarşı seksual maraq ifadə edib və bir neçə gün ərzində uşaqların istismarı ilə bağlı materialları yayıb. Həbs zamanı yazıçı polisə mobil telefon, noutbuk və digər elektron cihazlara giriş əldə etmək üçün parolları təqdim etməkdən imtina edib.

Nəticədə Kreyq girov müqabilində azadlığa buraxılıb və o, həftədə üç dəfə polis bölməsinə gəlməyə borcludur. ona nəzarətsiz şəkildə istənilən uşaqlarla, o cümlədən öz uşaqları ilə belə işləmək və əlaqə saxlamaq da qadağan edilib. İnternetə girişi də qadağandır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar