Çingiz Abdullayev
25 avqust 2022 16:10 (UTC +04:00)

Çingiz Abdullayev

Məşhur yazıçıya "Müslümsən" dedilər, "Çingizsən" demədilər - Məşhurlardan GÜLMƏCƏLƏR

Lent.az “Məşhurlardan gülməcələr” rubrikasında növbəti maraqlı əhvalatı təqdim edir:

Azərbaycanın dünya şöhrətli yazıçısı Çingiz Abdullayev soyuq qış günündə küçədə bir neçə dəqiqə dostu Müslüm Maqomayevi gözləyirmiş. Bu zamana yanından keçən şıq geyimli iki qadın bir anlıq ayaq saxlayır. Qadınlardan biri dillənir:

- “Bu adamdan “Dronqo”nun ətrinin iyi gəlir.

Çingiz Abdullayev romanlarının sevilən qəhrəmanı “Dronqo”nun hansı ətri istifadə etməsini əsərində qeyd etmişdi və özü də bu ətirdən istifadə edirdi. Qadınlar ayaq saxlayıb, maraqla ona baxırlar. Şərfdə və papaqda olan ədibin üzü o qədər də görünmürmüş. Yazıçı qadınların onu tanıdığını sanaraq, nəzakətlə özünü təqdim edir: “Mən Çingiz Abdullayevəm”.

Qadınlar isə qarşılarında pərəstiş etdikləri adamın olmasına inanmayaraq, şübhə ilə baxırlar və hətta onlardan biri kobudcasına:

- “Dronqo” deyən kimi Çingiz Abdullayev oldu. Yox bir, Müslüm Maqomayevsən”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4059
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar