Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla, Azərbaycannın mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.
Lent.az xəbər verir ki, Adil Qabil oğlu Kərimli Bakı Dövlət Universitetində Hüquq fakültəsinin həm bakalavr, həm də magistr pillələrini bitirib.
Daha sonra Bakı Dövlət Universitetində cinayət hüququ ixtisaslaşması üzrə doktorantura təhsili alaraq, hüquq üzrə fəsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
O, doktorantura işi üçün "Qəsdən adam öldürmə cinayətlərinin tövsüfündə motivin yeri və rolu" adlı dissertasiya işi müdafiə edib.
Bunun ardınca İtaliyada "Beynəlxalq və transmilli cinayətlər" istiqaməti üzrə ixtisaslaşma kursu keçib.
Daha sonra 4 il "Pro Bono" vəkil bürosunda vəkil işləyib.
A.Kərimli 2010-cu ildə Azərbaycanın "Eurovision" yarışmasındakı nümayəndə heyətinin rəhbəri olub.
Prezident İlham Əliyevin 2012-ci il oktyabrın 8-dəki sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.
İngilis və rus dillərini bilir.
Qeyd edək ki, Adil Kərimli bu təyinatadək Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışırdı.