SSRİ xalq artisti  Müslüm Maqomayev
27 mart 2021 16:03 (UTC +04:00)

SSRİ xalq artisti  Müslüm Maqomayev

“KQB”nin sədri Müslüm Maqomayevi necə xilas edib?

Keçmiş SSRİ-də estrada və kino ulduzları ölkənin adi vətəndaşlarına göydəki kimi əlçatmaz görünürdü.

Həyatları təmiz və gözəl idi, problemlərə və ya xoşagəlməz hərəkətlərə yer yox idi. Lakin sovet qanunları qarşısında aktyorlar, müğənnilər və yazıçılar da digər insanlar kimi əməllərinə görə cavabdeh idilər. Bu vəziyyətə partiya repressiya maşını müdaxilə etsəydi, hər şey pis nəticələnirdi. Hər hansı bir insanı məhv edə bilərdi.

Görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti  Müslüm Maqomayev də bir dəfə belə vəziyyətlə üzləşib.

Lent.az xəbər verir ki, bu, 1969-cu ildə baş verib. 

Rostov-Don Filarmoniyasında kazak xorunu qastrol səfərinə göndərmək üçün kifayət qədər pul yox idi və müğənni kömək etmək üçün könüllü olub. O, gəlirləri xora gedə biləcəyi bir konsert keçirməyi təklif edib. Konsertə 50 min tamaşaçı toplaşıb və iki saat davam edib. Müğənniyə təşəkkür etmək üçün təşkilatçılar ona daha böyük bir qonorar ödəməyə qərar veriblər və təyin olunmuş iki yüz rubl əvəzinə altı yüz ödəyiblər.

Sosialist mülkiyyətin oğurlanmasına qarşı mübarizə şöbəsi (“OBXSS”) müğənninin qanunsuz zənginləşməsindən şübhələnib və ona qarşı cinayət işi açılıb.

Müslüm Maqomayev bu haqda Parisdə qastrolda olanda xəbər tutub. Xeyirxah insanlar dərhal qərbdə qalmağı məsləhət veriblər, amma müğənni imtina edib və SSRİ-yə qayıdıb. Məhkəmədə onun günahsızlığı sübut edilib və cinayət işi dayandırılıb. 

Doğrudur, bundan sonra da cəza tətbiq olunub – Maqomayevə Azərbaycanda çıxmaq qadağası qoyulub. Müğənnini Moskva səhnəsinə “KQB”nin sədri Yuri Andropov qaytarıb.

Andropovun  tələbi ilə Maqomayev “KQB” əməkdaşlarının şərəfinə təşkil olunmuş konsertdə çlxış edib. Beləliklə, müğənni üçün xaricə yol yenidən açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4332
avatar

Oxşar yazılar