Rio-de-Janeyrodakı 38 metr hündürlüyə malik məşhur İsa Məsihin Xilaskar heykəli artıq Braziliyadakı ən uca dini abidə sayılmır.
Lent.az xarici mediaya istinadla bildirir ki, onu Kratu şəhərində ucaldılmış Məryəm Anaya həsr olunmuş monument ötüb.
Bu nəhəng heykəlin açılışı barədə məlumatı Seara ştatının rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, 54 metr hündürlüyə malik Fatimskaya Allahın Anası heykəli Məryəm Anaya həsr olunmuş ən böyük dünya abidəsidir.
![]()
Monument eyni adlı ziyarətgahın ərazisində yerləşdirilib və burası katoliklər üçün böyük zəvvarlıq mərkəzidir. Ştat qubernatoru Elmano de Freytas regionun dini turizmə yönəldiyini qeyd edib və abidənin həm zəvvarlar, həm də bütün ölkə üçün bir hədiyyə olduğunu vurğulayıb.
Xatırladaq ki, bu il Xust rayonunda yerləşən Koloçava və Sinevirskaya Polyana adlı Zakarpatiya kəndləri turistlər üçün dünyanın ən yaxşı məkanları siyahısına düşüb.