“Hörümçək adam”ın yeni sevgilisi  məlum olub
03 avqust 2024 23:01 (UTC +04:00)

“Hörümçək adam”ın yeni sevgilisi məlum olub

Aktyor Tobi Maquayrın model Babette Straybos ilə görüşməyə başladığı məlum olub.

Lent.az xəbər verir ki, bununla bağlı “Page Six” portalı məlumat verib.

Portal 49 yaşlı aktyor Tobi Maquayrın Sardiniyaya model Babette Straybosla tətilə getdiyini yazıb. Onun cəmi 24 yaşı olduğu bildirilir.

Qey edək ki, Maquayr 2003-cü ildə zərgərlik üzrə dizayner Cennifer Meyer ilə görüşməyə başlamışdı. Onlar dörd il sonra evlənmişdilər. 2006-cı ildə sevgililərin Rubi Svithard Maquayr adlı bir qızı, 2009-cu ildə isə Otis Tobias Magqayr adlı bir oğlu dünyaya gəlib. Cütlüyün 2016-cı ildə ayrıldığı məlum olsa da Cennifer Meyer yalnız 2020-ci ildə boşanmaq üçün müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603
avatar

Oxşar yazılar