
Hacı Zeynalabdin Tağıyevə aid sənədli film beynəlxalq sertifikat aldı
“100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev” adlı sənədli filmi ABŞ Nümayəndələr Palatasının konqresmeninin təşkilatçılığı ilə keçirilən “Broadway Beynəlxalq Film Festivalı 2020”də tanınma sertifikatına layiq görülüb.
Lent.az-ın məlumatına görə, konqresmen Cimmi Qomesin imzaladığı sertifikatda ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovun əməyi yüksək qiymətləndirilib.
Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. 2019-cu ildə istehsal olunan ekran əsəri 11 beynəlxalq film festivalında uğur qazanıb.
Müəllifin dediyinə görə, o, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf edib.
Filmi müxtəlif beynəlxalq festivallarda nümayiş etdirmək fikrindədir: “Ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq bizim üçün faydalıdır. Bu, insanları faydalı işlər görməyə, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə hesablanmış bir addımdır”.

Ramilə Qurbanlı
Oxşar yazılar

Xalq artisti infarkt keçirdi, reanimasiyadadır
18 yanvar 2021 , 15:55
“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər... – VİDEO - FOTO
16 yanvar 2021 , 10:00
Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB
15 yanvar 2021 , 12:43
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat etdi
15 yanvar 2021 , 00:34
ICESCO-dan təklif: "Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun"
14 yanvar 2021 , 17:24
“Nizami ili” ICESCO-da da qeyd ediləcək
14 yanvar 2021 , 16:55
Donald Trampın “Evdə tək -2” filmindən çıxarılması tələb olunur
14 yanvar 2021 , 14:58
Sürgündə sevgi, şahın ölümcül qəzəbi, Qalada ölən qalalı şairin nisgili... – Şəhid ziyalı
14 yanvar 2021 , 09:00