Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xalq artisti Gülyanaq Məmmədovanı Özbəkistanın Xalq artisti fəxri adı ilə təltif edib.
Lent.az olaraq Gülyanaq xanımı bu münasibətlə təbrik edib, ürək sözlərini dinləmək istədik.
“Xəbəri eşidəndə çaşıb qaldım. Doğrusunu deyim, gözləmirdim. Mən dəfələrlə Özbəkistanda səfərlərdə olmuşam. Dövlət tədbirlərində iştirak etmişəm. Bunların heç birində təmənna güdməmişəm. Dəyər verən hər kəsə təşəkkürümü bildirirəm”, deyə müğənni qeyd edib.
O bildirib ki, xoş xəbəri ona Daşkənd şəhərində yerləşən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov verib. Gülyanaq xanımı ilk təbrik edənlər Samir Abbasov və bacısı Gülyaz xanım olub. Xoş xəbər Gülyanaq xanımı çox sevindirib və o, sevinc göz yaşlarını saxlaya bilməyib.