Eşq və romantika barəsində 10 maraqlı  fikir
10 oktyabr 2024 19:46 (UTC +04:00)

Eşq və romantika barəsində 10 maraqlı fikir

Lent.az eşq və romantika barəsində maraqlı fikirləri təqdim edir. Onların içərisindən 10 ən yaxşısını seçməyi sizin öhdənizə buraxırıq.

Biz ancaq onun üçün yaşayırıq ki, gözəlliyi kəşf edək. Qalan şeylər intizarın əlvanlığıdır. (Cübran)

Başqasını anlamaq istəyirsənsə, onun nə dediyini yox, nə demədiyini eşit. (Cübran)

Biz tez-tez gələcək günlərdən borc götürürük ki, keçmiş günlərin borclarını qaytaraq. (Cübran)

Bu gün keçmiş nəsillərin gördükləri böyük işlər əvvəllər bir insanın ağlında gizli yaranan bir fikir olub. (Cübran)

Biz iki nəfər olmalıyıq ki, həqiqəti kəşf edək: biri – onu bəyan etmək, digəri – onu dərk etmək üçün. (Cübran)

Böyük şair – bizim sükutumuzu ifadə edə bilən şairdir. (Cübran)

Bir qırıq qəlb digər qırıq qəlbə təskinlik verə bilməz. (Cübran)

Buzlaşmış bir ruham mən! Ərisəm, geri dönəmmərəm! (Kiçik İsgəndər)

Bağışlanılan imtina ediləndir. O, bağışlanıldı... Çünki ondan imtina edildi! (Kiçik İsgəndər)

Bundan 20 il sonra etdiklərinə görə yox, edə bilmədiklərin üçün kədərlənəcəksən; ona görə kəndirləri aç, etibarlı limandan uzaqlara yelkən aç, küləyi tut, araşdır, arzula, kəşf et. (Oldos Haksli)

Budağın ucuna getməkdən qorxma, meyvə oradadır. (Oldos Haksli)

Bu dünya, bəlkə də bir başqa planetin cəhənnəmidir. (Oldos Haksli)

Bəzən içindəki o səssiz səsə, mütəxəssislərdən daha çox güvən. (Oldos Haksli)

Başlamaq üçün ən uyğun zamanı gözləsən heç başlamaya bilərsən; İndi başla, indi olduğun yerdən, əlindəkilərlə başla. (Oldos Haksli)

Başqalarının ağrılarına qatılaram, amma xoşbəxtliklərinə yox, çünki başqalarının xoşbəxtliyində qəribə bir sıxıcılıq var. (Oldos Haksli)

Başqalarının ağılı ilə cümlə qura bilməzsiniz; amma başqalarının cümlələriylə ağıllı görünə bilərsiniz.. (Oldos Haksli)

Böyük adam böyüklüyünü kiçik adama hərəkətləri ilə göstərər. (Oldos Haksli)

Bir qadının diqqəti həmişə pis sədası yayılan kişidə olur. Çünki, sevgi onu düzəldər deyə düşünür. (Aqata Kristi)

Bu dünyada bir başqasının yükünü yüngülləşdirən heç kim faydasız deyil. (Çarlz Dikkens)

Bil ki, geridə qoyduqların irəliləmənə mane olacaq. Unutma, irəli gedə bilmək üçün, arxadakıları unutmaq lazımdır. (Adam Faver)

Bəraət qazandırın, qınamayın, amma yamanlığa, pisliyə başqa ad verməyin. (Fyodor Dostoyevski)

Buna əminliklə inanın ki, xalqını anlamayan, onunla əlaqələrini qoparan insan bunu etdiyi ölçüdə yurduna inancını itirər, ya dinsiz olar ya da duyğusuz bir odun. (Fyodor Dostoyevski)

Bir qadının həyatı; hər hansı bir kişiyə boyun əyib bağlanmaq üçün bir axtarışdan başqa bir şey deyil. (Fyodor Dostoyevski)

Bəzi insanlar, ev itləri kimi, yamandıqları qapıdan ayrılmazlar. (Fyodor Dostoyevski)

Bir insan ümidini itirər və məqsədsiz qalarsa, sırf can sıxıntısı belə onu bir heyvana çevirə bilər. (Fyodor Dostoyevski)

Bir ağacın qarşısından onu sevmədən, onun var oluşundan xoşbəxtlik hiss etmədən keçilə biləcəyini ağlım qəbul etmir. (Fyodor Dostoyevski)

Bir insanın həyatının ikinci yarısı, ilk yarıda qazanılan vərdişlərin davam etdirilməsindən ibarətdir. (Fyodor Dostoyevski)

Bir çox insan xoşbəxt olduğunu bilmədiyi üçün bədbəxtdir. (Fyodor Dostoyevski)

Bil ki, insanın dəyərini varlığı deyil yoxluğu göstərər. Unutma, yoxluğu bir şey dəyişdirməyənin, varlığı lazımsızdır. (Fyodor Dostoyevski)

Bu dünya beş qəpik belə etməz, unutma. Özünü dünyalar qədər qiymətli sananlar isə öz qiymətini təyin edir əslində. (Pol Oster)

Bir qadının nə dediyinə deyil, nə demək istədiyinə qulaq as. Çünki onlar, kimsə qırılmasın deyə bəzi şeyləri söyləməzlər. (Pol Oster)

Bir qadının canı yananda, bir kişinin başı bəlaya girmək üzrədir. (Pol Oster)

Bir gözəllik et özünə.. Yalnız sahib olduqlarını düşün, xoşbəxt ol onlarla. Sahib olmadıqların kədərlənsin səninlə ola bilmədiklərinə. (Pol Oster)

Bir insanı niyə sevdiyiniz sualına cavab tapa bilmirsinizsə, onu həqiqətən sevirsiniz deməkdir. (Pol Oster)

Bir insan ən çox kimin yanında susursa, əslində ən çox onunla danışmaq istəyir. (Pol Oster)

Bilirəm ki, düşmək deyil insanları kədərləndirən.. Əlindən tutmuş kimi edib əslində itələyənlərdir insanı həyata küsdürən. (Pol Oster)

Bil ki, düşmək deyil insanları kədərləndirən.. Əlindən tutmuş kimi edib əslində itələyənlərdir insanı həyata küsdürən. (Pol Oster)

Bəzilərinin sevgilisi var, amma sevdiyi yox. Bir çoxunun da bir sevdiyi var; amma sevgilisi yox. (Pol Oster)

Bəzən bütün ipləri qoparıb getmə cəsarətini tapıram özümdə. O an, kaş ki, hara gedəcəyimi bilsəm! Gedərdim yeqin ki. (Pol Oster)

Bir oğlanın bir qıza söyləyə biləcəyi ən gözəl söz "Bir daha ki sevəcəyim qız, bizim qızımız olacaq" deməsidir. (Murathan Mungan)

Bir gün gələr, dünyanın bir yerində illərcə sənin xəbərin olmadan yaşamış birinə bütün həyatını danışmaq istəyərsən.. (Murathan Mungan)

Bilmirəm ki; qarşılaşsaq belə xatırlaya bilərikmi bir-birimizi yenidən? İkimiz də artıq bir başqasıykən. (Murathan Mungan)

Bəzi ümidlər başqa zamanlarındır. (Murathan Mungan)

Bəzən ona bir şeylər yazarsan, yazar silərsən.. yazar silərsən.. O heç birini oxumamış olur, amma sən hamısını söyləmiş olursan. (Murathan Mungan)

Birinə məhəbbətimiz artıq soyuyandan sonra onu ikinci dəfə sevə bilmərik. (Fransua de Laroşfuko)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 348
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar