Əməkdar artist dünyasını dəyişdi
26 dekabr 2020 15:21 (UTC +04:00)

Əməkdar artist dünyasını dəyişdi

 

Əməkdar artist Almaz Mustafayeva bü gün 71 yaşında dünyasını dəyişib. Xəbəri lent.az-a aktrisanın ailəsindən təsdiqləyiblər.

Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyət göstərirdi. 

Almaz Mustafayeva kino tarixinə də bir sıra obrazlar bəxş edə bilib. Aktirsanın oynadığı «Sehirli xalat», «Yeddi oğul istərəm», «Aktirsanın təbəssümü», «Şir evdən getdi», «Cavanşir» filmləri tamaşaçıların rəğbətini qazanıb.

Almaz Mustafayeva 1997-ci ildə "Qızıl Dərviş" mükafatı ilə təltif olunub. 2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülüb. 2014-cü ilin aprel ayının 13-də beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.

Allah rəhmət etsin.

 

# 8568
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar