“Asteriks və Obelix”, “Uduzanlar” və digər filmlərdə rol alan fransız aktyor Jerar Depardye ilə bağlı cinsi qısnama qalmaqalları səngimir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onu bu dəfə 53 yaşlı prodüser Ameli məhkəməyə verib.
Qadın iddia edir ki, aktyorun cinsi təcavüzü 2021-ci ildə çəkiliş meydançasında baş verib.
"Jerar dəhlizdə oturarkən məni vəhşicəsinə tutdu, budları arasında sıxdı və belimi, qarnımı və sinəmi sığalladı”, - o bildirib.