Müstəqil “M.Teatr”ın (“Mənim teatrım”) səhnəsində fransız yazıçısı Antuan De Sent-Ekzüperinin dünyaca məşhur "Balaca şahzadə " əsəri əsasında hazırlanan “O, mənimdir...” tamaşasının premyerası keçirilib.
Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səhnələşdirilməsi və tərcüməsi mərhum sənətkar Vaqif İbrahimoğluna məxsus tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, geyim rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımov, rejissor köməkçiləri Cavid Baba və Tohid Əzimdir.
“Bir hissəli fantaziya” janrında hazırlanmış tamaşada obrazları gənc aktyorlar - Cavid Baba, Məleykə Cəfərova, Tohid Əzim, Elçin Əmirov, Tunar Əlizadə və Elnur Tağıyev ifa ediblər.
Xatırladaq ki, müəllifin bu əsəri məhz şəxsi həyat yolu əsasında yaranıb.