Azərbaycanda  İLK:  Bu kitab çapdan çıxdı
09 dekabr 2021 12:15 (UTC +04:00)

Azərbaycanda İLK: Bu kitab çapdan çıxdı

“Qarabağa gəlmə ermənilərin dialekti” adlı kitabı çapdan çıxıb.

Lent.az-ın məlumatına görə, tədqiqatçı Şahin Qocayevin müəllifi olduğu kitabda erməni dilçiləri tərəfindən yazılmış tədqiqatlara nəzər salınır. 

Dörd fəsildən ibarət kitabda müəllif Qarabağa gəlmə ermənilərin dialektinin saxtalaşdırılmış tarixi ilə yanaşı linqivistik faktorlarını da təhlil edir. Kitabda oxucuların qarşısında Qafqaz Albaniyasından tutmuş hazırkı dövrə qədər – erməni dilçilərin bu istiqamətdə apardıqları xüsusi düşünülmüş, sanki bir mərkəzdən idarə olunan strategiyası canlanır. Həmçinin müəllif ilk öncə tarixin inkişafının gedişlərinə işıq salmaqla Qafqaz albanlarının yazısından başlayaraq, qrabarcadan Hind-Avropa elementlərinin Qarabağa gəlmə ermənilərin dialektologiyasına daxil olmasına toxunmaqla, bölgənin erməni tədqiqatçılarının iddia etdiyinin əksinə olaraq heç vaxt Hind-Avropa dil ailəsinə daxil olmadığını ən yüksək dərəcədə göstərir. 

Buna görə də, tədqiqat işinin Qarabağ ermənilərinin dialekti deyil, məhz Qarabağa gəlmə ermənilərin dialekti olaraq adlandırılması dərin düşüncənin təzahürüdür. Bu nöqteyi-nəzərdən tədqiqat işi ikiqat əhəmiyyətlidir: oxucu həm məsələnin səbəb-nəticə zəncirini izləyə, həm də bundan daha vacib, erməni tədqiqatçılarının heç vaxt toxunmadığı, kənar nəzərlərdən gizli qalan məqamları məntiqli şəkildə anlaya bilər. Xatırladaq ki, kitab bu istiqamətdə yazılan ilk tədqiqat işidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890

Oxşar yazılar

Ən yaxşı 7 macəra  filmi -VİDEO

Ən yaxşı 7 macəra filmi -VİDEO

29 aprel 2025 , 17:28
"Avatar"ın məşhur obrazı real həyatda  necə görünür?

"Avatar"ın məşhur obrazı real həyatda necə görünür?

29 aprel 2025 , 15:22
Məşhur yazıçı  öldürüldü

Məşhur yazıçı öldürüldü

28 aprel 2025 , 22:08
2025-in ən yaxşı  5 komediya   serialı -VİDEO

2025-in ən yaxşı 5 komediya serialı -VİDEO

28 aprel 2025 , 17:56
Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

28 aprel 2025 , 15:08
2025-ci ilin ən vacib  filmlərindən biri - "Müqəddəs əncirin toxumu" -  VİDEO

2025-ci ilin ən vacib filmlərindən biri - "Müqəddəs əncirin toxumu" - VİDEO

28 aprel 2025 , 13:30
Aktyor Möylə Mirzəliyev vəfat etdi

Aktyor Möylə Mirzəliyev vəfat etdi

28 aprel 2025 , 12:41
Əhvalınızı düzəldəcək 5 film

Əhvalınızı düzəldəcək 5 film

28 aprel 2025 , 12:06