“Avroviziya” təşkilatçıları iştirakçılar üçün yeni qaydalar təqdim ediblər.
Lent.az-ın xəbərinə görə, dəyişikliklər münaqişəli vəziyyətlərin azaldılmasına yönəlib və iştirakçıların asudə vaxtına və siyasi baxışlarına aiddir.
Bundan belə, hər bir iştirakçıya kameraların iştirakı olmadan şəxsi həyat və istirahət üçün ayrıca yer ayrılacaq. Bundan əlavə, Avropa Dil Birliyi (EBU) iştirakçılardan səhnədə olarkən siyasi cəhətdən neytral qalmalarını tələb edən davranış kodeksi təqdim edir.
Müsabiqənin rəhbəri Bakel Valden neytrallığın qorunmasının vacibliyini vurğulayaraq, bu müsabiqənin “qlobal münaqişələri və müharibələri həll edə bilməyəcəyini” qeyd edib.
Qərar, Malmödəki yarışın Qəzzadakı müharibəyə etirazlar və İsraili boykot çağırışları ilə müşayiət olunmasından sonra verilib.