“Avroviziya”da israrla bizdən 12 balı Britaniyaya vermək tələb olundu” – RƏSMİ AÇIQLAMA
16 may 2022 19:00 (UTC +04:00)

“Avroviziya”da israrla bizdən 12 balı Britaniyaya vermək tələb olundu” – RƏSMİ AÇIQLAMA

“Biz Ukraynaya 12 bal vermək istədiyimiz halda, israrla həmin səsi Britaniyaya vermək tələb olundu”.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov deyib.

Onun sözlərinə görə, bu barədə final gecəsi dərhal təşkilati quruma məktub ünvanlanıb. Məktubda Azərbaycan münsiflər heyətinin verdiyi səsin nəzərə alınmaması barədə açıqlama tələb olunub: “Biz final gecəsi artıq səsimizin nəzərə alınmadığını gördük və təşkilatçılara müraciət məktubu ünvanladıq. Həmçinin, bu gün də sözügedən hadisə ilə bağlı növbəti etiraz məktubunu Avropa Yayım Birliyinə ünvanladıq. Yəqin ki, iki günə rəsmi cavab gələr”.

İsa Məlikov Azərbaycanın bundan sonrakı addımlarına da toxunub: “Düşünürəm ki, Azərbaycanın bundan sonra verəcəyi qərar gələn cavabdan asılır. Həm növbəti illərdə iştirak baxımından, həm də ki, ümumiyyətlə, bu hadisəyə qiymət baxımından”.

Qeyd edək ki, 14 may tarixində baş tutan final gecəsində Azərbaycan və bir sıra ölkənin "Avroviziya"dakı münsif səsi qeydə alınmayıb.

***

“Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov Avropa Yayım Birliyinin (AYB) Azərbaycan münsif heyətinin müsabiqədən uzaqlaşdırılması məsələsinə münasibət bildirib.

İsa Məlikov AYB-nin Azərbaycan və digər 5 ölkənin münsif heyətinin müsabiqədən uzaqlaşdırılması məsələsinin rəsmi olmadığını deyib:

“İstinad olunan saytlar AYB və ona yaxın saytlardır. Bu barədə AYB ümumi açıqlama verməyib, yəni kənarlaşdırılan ölkələrin adını çəkməyib”.

# 2670
avatar

Oxşar yazılar