“Avroviziya” təmsilçilərimiz Liverpulda fanatları ilə görüşüblər.
Lent.az APA-ya istinadla xəbər verir ki, Azərbaycanın "Avroviziya"dakı təmsilçiləri TuralTuranX bugün “Eurovillage” fan zonasında çıxış ediblər. Onlar “Tell Me More” adlanan mahnıları ilə yanaşı digər mahnıları ifa ediblər.
Azərbaycanın 2011-dəki “Avroviziya” təmsilçisi Eldar Qasımov da səhnədə onlara qoşulub. O, daha sonra 2011-dəki müsabiqəyə qatıldığı “Running Scared” mahnısını ifa edib.
Daha sonra Tural və Turan Bağmanov qardaşları həm azərbaycanlı, həm də xarici fanatları ilə görüşüb, onlarla şəkil çəkdiriblər.