Tərtərdə 2 maşın  toqquşdu: 2 nəfər öldü
16 iyul 2026 18:27 (UTC +04:00)

Tərtərdə 2 maşın toqquşdu: 2 nəfər öldü

0

Tərtər rayonunda minik avtomobili yük maşını ilə toqquşub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Təzəkənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili ilə "MAN" markalı yük avtomobilinin iştirakı ilə yol-qəza hadisəsi baş verib və hadisə nəticəsində “Mercedes” markalı avtomobildə 2 nəfərin meyiti sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Bərdə rayonu, Qaraqoyunlu kənd sakinləri - 64 yaşlı Əhmədov Adil İbrahim oğlunun və 53 yaşlı Əmirova Elza Novruz qızının meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar