Yaponiyanın Küsü adasının cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.
Lent.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Kaqoşima prefekturasına aid Taneqasima adasının şərqində, dənizdə yerləşib.
Yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.