Yas mərasimlərində zəhərlənənlərin sayı 48 oldu
17 iyul 2026 10:49 (UTC +04:00)

Yas mərasimlərində zəhərlənənlərin sayı 48 oldu

0

Son günlər Gəncə və Samuxda yas mərasimlərində ardıcıl baş vermiş qida zəhərlənmələrində ümumilikdə 48 nəfər zərərçəkən olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova AQTA-nın 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, ortaq istehlak edilən lavaşın zəhərlənmələrə səbəb olduğu müəyyən edilib: “Laborator nəticələr əldə edildikdən sonra dəqiq diaqnoz ictimaiyyətin diqqətinə çatdırılacaq”.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində sözügedən lavaş məhsulunun Gəncə şəhərində qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, nəzarətdən kənar və ev şəraitində qanunsuz şəkildə istehsal olunaraq müxtəlif satış məntəqələrinə paylanıldığı müəyyən olunub: “Hazırda məhsulun satış nöqtələri və paylanma zənciri müəyyən edilib, məhsulun bazardan geri çağırılması istiqamətində tədbirlər həyata keçirilir. Məsələ aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılır. Araşdırma başa çatanadək Gəncə şəhəri və ətraf rayonların sakinlərinə mənşəyi məlum olmayan, qida təhlükəsizliyi qeydiyyatından keçməyən və etiket məlumatları olmayan lavaş məhsullarını istehlak etməmələri tövsiyə olunur.

Eyni zamanda, satış obyektlərinə və məhsul təchizatçılarına bir daha qanunvericiliyin tələbləri xatırladılıb və qida təhlükəsizliyi qeydiyyatından keçməmiş məhsulların qəbul edilməsinə və satışına yol verilməməsi tapşırılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar