Agent 007-nin  qaranlıq tərəfi:   Bond rolu aktyorları necə sındırıb?
15 aprel 2024 12:28 (UTC +04:00)

Agent 007-nin qaranlıq tərəfi: Bond rolu aktyorları necə sındırıb?

Ceyms Bond rolu hər bir aktyor üçün gerçəkləşən yuxu kimi görünür. Bununla belə,  müxtəlif dövrlərdə bu rolu ifa etmiş altı aktyorun hamısı Bond obrazının onlar üçün problem yaratdığını bildirib.

Lent.az xarici mediaya istinadən xəbərinə görə, məşhur aktyorlar agent rolunun onlara uğurla bərabər problem yaratdığını da bildiriblər.

Şon Connery agent 007-nin ilk ifaçısı olub. O, altı filmdən sonra bir rolda ilişib qaldığına və qeyri-qənaətbəxş maaşa görə franşizadan ayrılıb. 

Özünü aktyorluqda sınayan model Corc Lanzenbi şöhrət yükünü daşıya bilməyib və Bond rolunu bircə dəfə oynadıqdan sonra radarlardan itib.

Cazibədarlığı ilə tanınan ser Rocer Mur uzun illər bu obrazın təsirində qalıb. Belə ki, o, 57 yaşında, qalın makiyaj təbəqəsi altında yenə də gənc Bond rolunu oynayırdı.

İstedadlı teatr aktyoru Timoti Dalton iki filminə dəstək olaraq keçirilən ictimai tədbirlərin və dünya turlarının miqyasından dəhşətə gəlib.

Pirs Brosnan öz işini cəsarətlə yerinə yetirdi, lakin beşinci filmi gözləyərkən dörd filmdən sonra  onu özünə xəbər vermədən  roldan ayrıdılar. Brosnan bunu qəddarlıq kimi qiymətləndirib.

Daniel Kreyq isə 5 dəfə bu obrazı canlandırıb, o yenidən Bond oynamaqdansa, biləklərini kəsməyə üstünlük verdiyini deyib.

# 1545
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar