ABŞ prezidentini öldürmək istəyən şəxs azadlığa çıxdı  
16 iyun 2022 02:29 (UTC +04:00)

ABŞ prezidentini öldürmək istəyən şəxs azadlığa çıxdı  

Kolumbiya dairəsi Federal Məhkəməsi 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqana sui-qəsdə cəhd etmiş Con Hinklinin üzərindən bütün ittihamları götürüb.

Lent.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

“Nəhayət 41 il, 2 ay, 15 gün sonra azadlıqda” – deyə Hinkli Tvitterdə yazıb. O, gələn ay Nyu-Yorkda konsert verməyi planlaşdırır.

Qeyd edək ki, 1981-ci il martın 30-da Nyu-Yorkda oteldən çıxan prezidentə sui-qəsd cəhdi olub. Güllə zirehli avtomobilə dəydikdən sonra sıçrayaraq dövlət başçısının ürək nahiyəsinə dəyib. Hücum zamanı daha 3 nəfər yaralanıb. Mühafizə xidməti hadisəni törədən Con Hinklini tutub.

# 1611
avatar

Oxşar yazılar