Timur Əsgərov “Bayaderka” baletində oynayacaq
25 fevral 2020 09:50 (UTC +04:00)

Timur Əsgərov “Bayaderka” baletində oynayacaq

Martın 12-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Lüdvik Minkusun “Bayaderka” baleti oynanılacaq.
Lent.az teatrın saytına istinadən xəbər verir ki, baletdə Solorun partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Milli Opera və Balet teatrlarında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2461
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar