Məşhur qırğız kinorejissoru, SSRİ Xalq artisti və Dövlət mükafatı laureatı Bolot Şamşiyev 78 yaşında dünyasını dəyişib.
Lent. az Rusiya mətbuatına istinadən xəbər verir ki, rejissor uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş. Bolot Şamşiyev demək olar ki, Çingiz Aytmatovun əksər əsərlərini ekranlaşdırıb. “Ağ gəmi”, “Erkən gələn durnalar”, “Canavar tələsi”, “İssık-Kulun ağ lalələri”, “Karaş aşırımında atəş” və digər tanınmış filmlər onun rejissor əməyinin məhsuludur.