Rafael Dadaşov dünyasını dəyişdi - SON SÖZÜ BU OLDU
16 mart 2020 15:35 (UTC +04:00)

Rafael Dadaşov dünyasını dəyişdi - SON SÖZÜ BU OLDU

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

Bu barədə Lent.az-a 74 yaşlı aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib:

“Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.

Xatırladaq ki, Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

Rafael Dadaşov 1976-cı ildən Akademik Milli Dram Teatrın aktyor truppasında çalışırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 39591
avatar

Yalçın UĞUR

Oxşar yazılar