Rusiyanın məşhur şoumeni bir filmə çəkilmək üçün rejissordan 5 milyon dollar istəyib.
Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, dünya şöhrətli fizika alimi Landau haqında çəkiləcək filmin kastinqləri 2006-cı ildən başlayıb. Filmin rejissoru L.Landau roluna Maksim Qalkini dəvət edib. Qalkin sınaq çəkilişindən uğurla keçib. Bundan sonra rejissordan çəkiləcəyi təqdirdə 5 milyon dollar tələb edib
Rejissor heyrətini gizlətmədən onu çəkməkdən də imtina edib. “Həmin rola dirijor Teodor Kurentzisanı çəkəcəm, amma Qalkin Landau kimi aydın və özünü məhv edə bilən adamdır. Sonra mən başa düşdüm ki, o məbləği istəməsi əslində təklifdən imtina etməsi anlamına gəlir. Mənə elə gəlir ki, şoumen filmdəki açıq erotik səhnələrə çəkilməkdən ehtiyat etdi”.