İki Azərbaycan filmi beynəlxalq mükafat aldı
16 mart 2020 10:19 (UTC +04:00)

İki Azərbaycan filmi beynəlxalq mükafat aldı

 “Zoroaster Award” İtaliya-Azərbaycan beynəlxalq film festivalında bir gündə iki Azərbaycan filmi - “Şollerin arxivi” bədii filmi “Ən yaxşı bədii film” və “Stalinin qaranlıq keçmişi” sənədli filmi isə “Ən yaxşı sənədli film” kateqoriyaları üzrə qalib olub.

Hər iki filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüsseri Cəlaləddin Qasımov Lent.az-a  bildirib ki, son bir ildə 104-cü mükafat qazanıblar: “Bu, təkcə bizim deyil, Azərbaycanın uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəmizin təbliği işinə qismən də olsa öz töhfəsini verməlidir”.

Cəlaləddin Qasımov deyib ki, “Şollerin arxivi” filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq keçmişi” sənədli filmində isə “Koba” ləqəbli Stalinin Bakıda yaşadığı dövrlər lentə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1854
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar