Azərbaycan Beynəlxalq Kitab Yarmarkasında təmsil olunur
05 fevral 2020 13:58 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Kitab Yarmarkasında təmsil olunur

Fevralın 5-də Belarusun paytaxtında XXVII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası başlayıb.

Lent. az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əli sərgidə iştirak edir. Sərgi-yarmarkada Azərbaycan haqqında məlumatlar kitabsevərlərə çatdırılır. Ölkəmizin stendində müxtəlif nəşriyyatların 100 addan çox kitabı  10 kv.m. sahədə nümayiş olunur. Stenddə ölkəmizin tarixi, müasir inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı kitablar, bədii ədəbiyyat nümunələri sərgilənir. Stendimizi ziyarət edənlərə ölkəmizin mədəniyyəti, tarixi, müasir ədəbiyyatı haqqında məlumat verilir, jurnal, informasiya bukletləri paylanılır.

Sərgidə ölkəmizi Mədəniyyət Nazirliyi ilə yanaşı "Azərnəşr", "Şərq-Qərb" nəşriyyatları və Respublika Gözdən Əlillər Kitabxanası təmsil edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4600
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar