Türkiyənin məşhur müğənnisi və aktrisası Gönül Yazar
30 sentyabr 2021 16:53 (UTC +04:00)

Türkiyənin məşhur müğənnisi və aktrisası Gönül Yazar

6 dəfə evlənən məşhur sənətçidən ŞOK açıqlama: “Qeyd edə bilmədim”

6 dəfə evlənən Türkiyənin məşhur müğənnisi və aktrisası Gönül Yazar evlilikləri ilə bağlı maraqlı açıqlamalar verib.

Lent.az yerli KİV-ə istinadən məlumat verir ki, 6 dəfə nikah masasına əyləşən Gönül Yazar ABŞ-dakı toy mərasimindən gəlinlik fotosunu paylaşıb.

"6 dəfə evləndim, heç biriylə bir il yaşamadım. Onlardan biri ilə belə toy ildönümünü qeyd etmək mümkün olmadı. Ən uzun müddətli evliliyim Özden Çeliklə davam edib. O da cəmi 11 ay. Çəkiliş zamanı o atdan düşəndə mən baxdım, mən atdan düşəndə də o baxdı. Sonra İstanbula gələndə evləndik. Ercan Akınla evlənəndə də, anası müğənni gəlin istəmədiyi üçün 10 gün içində ayırdı bizi. Sinan Bilsellə ayrılma səbəbimiz isə həqiqətən mənimlə bağlı deyildi. Qardaşı Sidneydə yaşayırdı. Evlənməmizdən 6 ay keçdi və mən səhnə şousuna gedəndə, o da ailəsi ilə birlikdə Avstraliyaya getdi. Aylarla onun hara getdiyini belə bilmirdim. Boşanmağımız 2 il çəkdi".

Türkiyənin məşhur müğənnisi və aktrisası Gönül Yazar

"Los -Ancelesdə evləndiyim Fahrettin Akçınar ilə Amerikada tanış oldum. Kilsədə evləndik. Ev kirayələdim, mebel aldım. Həmişə yuva qurmaq üçün mən fədakarlıq etmişəm. Qarşı tərəf bunun üçün heç nə etməyib. İşə yaramadı, əşyaları satıb geri qayıtdım”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3552
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar