Karikaturaçı Rəssamlar Birliyi beynəlxalq konfransda iştirak edib
07 sentyabr 2011 17:52 (UTC +04:00)

Karikaturaçı Rəssamlar Birliyi beynəlxalq konfransda iştirak edib

Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin idarə heyətindən Lent.az-a verilən məlumata görə, konfransa Belçika, Hollandiya, Türkiyə, Bolqarıstan, Polşa, Fransa, İran və Azərbaycandan dəvət olunmuş qonaqlar öz ölkələrində karikatura janrının vəziyyəti, karikatura muzeylərinin və təşkilatlarının fəaliyyəti və problemləri haqqında çıxış edib.

Tədbirdə ölkəmizi Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri Bayram Hacızadə təmsil edib. Tədbir çərçivəsində Azərbaycan karikatura tarixindən geniş məlumat verilib, Azərbaycan karikaturaçı rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunub.

Tədbir iştirakçıları Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Belqrad şəhərində ucaldılmış abidəsini ziyarət edib.

Lalə Yusifqızı
# 1025

Oxşar yazılar