“Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalı bağlandı
02 iyul 2011 11:11 (UTC +04:00)

“Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalı bağlandı

İdarədən Lent.az-a verilən məlumata görə, mərasimdə çıxış edən natiqlər bu cür festivalların keçirilməsinin qədim Azərbaycan mədəniyyətinin daha da zənginləşməsinə və mədəniyyətlərarası dialoqun intensivləşməsinə köməyindən danışıb, festivalın keçirilməsinə dəstək olduğu üçün Heydər Əliyev Fonduna və şəxsən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir iştirakçıları müxtəlif mədəniyyətləri özündə ehtiva edən və üç gün ərzində 20 ölkədən iştirak edən rəssamlar tərəfindən sənət əsərlərinə çevrilmiş Qız Qalası maketlərinə tamaşa ediblər. Daha sonra Litvadan gələn rəssam Skaidra Yankaite maraqlı musiqili preformans nümayiş etdirib.

Qeyd edək ki, Azərbaycanın ən qədim və sirlərlə dolu abidələrindən olan Qız Qalasının dünyada təbliği üçün artıq ikinci il keçirilən “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı çərçivəsində hazırlanan bu maketlərin Azərbaycanın regionlarında və xarici ölkələrdə sərgilənməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1534

Oxşar yazılar